Çempionatın ən vacib oyunçusu açıqlandı

Madrid "Atletiko"sunun forvardı Antuan Qrizmann İspaniya La Liqasının ən vacib oyunçusu seçilib.

Sportline.az xəbər verir ki, fransalı futbolçu mövsüm ərzində komandasının uğurlarında ən çox pay sahibi üçün nəzərdə tutulan mükafata layiq görülüb.

Mükafat Socios.com platforması tərəfindən təsis olunub.

Marca qəzeti ilə birgə təsis olunan mükafat ilk dəfədir sahibini tapır. 

Marca nəşrinin oxucuları mövsüm boyu L Liqanın ən vacib oyunçusu ilə bağlı kçeirilən sorğuda fəal iştirak ediblər. 

Bu müddət ərzində Qrizmann 11 dəfə rəqiblərini qabaqlayıb. 

İlk üçlüyü "Barselona"dan Robert Levandovski və "Selta"dan Yaqo Aspas qapayıb.