Çexiya millisi qrupu lider tamamlayıb
Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.
Sportline.az xəbər verir ki, III turda Gürcüstan ilə qarşılaşan çexiyalılar heç-heçəyə (2:2) razılaşıblar.
Hər iki kollektiv G qrupunda 7 xala malik olsa da, əlavə göstəricələ görə üstün olan Çexiya qrupu birinci bitirib.
Komandalar növbəti mərhələyə adlayıblar.
3 xala malik Birləşmiş Ərəb Əmirlikləri yığması və 0 xalı olan Argentina mübarizəni dayandırıb.