Çili ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb
Çili millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.
Sportline.az istinadən xəbər verir ki, bu, komandanın seçmə mərhələdə Boliviyaya məğlub olması (0:2) ilə reallaşıb.
Beləliklə, Çili yığması ardıcıl üçüncü dəfə mundialın final mərhələsinə adlamaq şanslarını itirib. Komanda seçmə mərhələdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Çili Amerika Kubokunun ikiqat qalibidir. 2017-ci ildə Konfederasiyalar Kubokunun finalçısı olan yığma 1962-ci ildə keçirilmiş dünya çempionatının bürünc mükafatçısıdır.