Çingiz Ünder heyətdən kənarda qaldı

AÇ-2020-nin seçmə mərhələsində Andorra və Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.

Sportline.az xəbər verir ki, "ay-ulduz"ların heyətində Cengiz Ünder sıradan çıxıb. "Roma" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi zədələndiyi üçün millidən kənarlaşdırılıb.

Türkiyə seçməsi sentyabrın 7-də "Vodafone Park"da Andorranı qəbul edəcək, üç gün sonra Moldovanın qonağı olacaq.