ÇSKA-nın idman direktoru həlak olub
Rusiyanın çimərlik futbolu üzrə ÇSKA klubunun idman direktoru Anatoli Dursin dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumatda onun yol nəqliyyat qəzasında həlak olduğu bildirilir.
51 yaşlı funksioner motosiklet qəzasına uğrayıb.
Qeyd edək ki, Anatoli Dursin uzun illərdi idman sahəsində çalışırdı.