Ciyərci daha bir il "Fənərbağça"da

"Fənərbağça" yarımmüdafiəçisi Tolqa Ciyərci ilə müqavilənin müddətini artırıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı oyunçu ilə yeni 1 illik anlaşma imzalanıb. Futbolçu 2019-2020 mövsümünü də İstanbul təmsilçisində keçirəcək.

Qeyd edək ki, Tolqa "Fənərbağça"ya ötən mövsümün əvvəlində "Qalatasaray"dan transfer olmuşdu.