Con Obi Mikel Türkiyə Superliqasında

Nigeriya millisinin üzvü Con Obi Mikel karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Trabzonspor"da çıxış edəcək. Klubun rəsmi saytı futbolçu ilə 2+1 illik müqavilə imzalandığını açıqlayıb. Onun illik maaşı 1,5 milyon avro olacaq. Təcrübəli futbolçu "bordo-mavililər"ə azad agent statusu ilə keçib. 

Qeyd edək ki, Obi Mikel 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. Onun son klubu  "Midlsbro" olub.