Con Stounz "Everton"a qayıdır
"Mançester Siti"nin ingiltərəli futbolçusu Con Stounz mövsümün sonunda komandasını dəyişəcək.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Everton" Stounzu yenidən heyətinə qatmaq istəyir.
30 yaşlı stoperin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Stounz 2016-cı ilin yayında "Everton"dan "Mançester Siti"yə 55.6 milyon avro qarşılığında transfer olmuşdu.