Conatan Deyvid İtaliya klubunda çıxış edə bilər
"Lill"in kanadalı futbolçusu Conatan Deyvid mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
"Napoli" Deyvidi azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 49 matçda 25 qol 12 asistlə yadda qalıb.
C.Deyvidin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.