Cordan Henderson evinə qayıdır
"Ayaks"ın ingiltərəli futbolçusu Cordan Henderson klubdan ayrılmağa hazırlaşır.
Sportline.az jurnalist Aleks Krokun məlumatına istinadən xəbər verir ki, "Sanderlend" sabiq futbolçusunu yenidən heyətinə qatmağı planlaşdırır.
Hendersonun "Ayaks"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin hazırkı dəyəri 3 milyon avrodur.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 1 qol 6 asistlə yadda qalıb.
Xatırladaq ki, Cordan Henderson 2006-2009-cu illər ərzində "Sanderlend"də çıxış edib. Təcrübəli futbolçu bu klubun yetirməsidir.