Cud Bellingem haqqında inanılmaz ifadələr
İspaniya La Liqasının prezidenti Xavier Tebas Cud Bellingemin bu planetdən olmadığını, Kriştianu Ronaldu və Leo Messini qabaqlaya biləcəyini deyib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, o, açıqlamasında “Bellingem bu planetdən deyil. Düşünsək ki, hazırda iri miqyaslı futbol çempionatı olan Premyer Liqada yox La Liqada çıxış edir, Hollanddan və digər gənc ulduzlardan daha yaxşı futbolçudur. Bellingemin çıxışı bütün futbol sevərlərin diqqətini çəkir və inanıram ki, uzun müddət “Real Madrid”də qalacaq”, - deyib.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm “Real Madrid” forması ilə çıxdığı 14 oyunda 13 qol 3 asistlə yadda qalıb.