Daha 4 futbolçu "Barselona"dan ayrıla bilər

"Barselona" qış transfer pəncərəsi bağlanana qədər bir neçə futbolçu ilə yollarını ayırmaq istəyir.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Usman Dembele, qapıçı İnyaki Penya, müdafiəçi Oskar Minqesa və yarımmüdafiəçi Rikki Puç fevralın 1-dən əvvəl klubu tərk edə bilər .

Daha əvvəl “Aston Villa”ya icarə əsasında keçən Filip Koutinyo və icarə müqaviləsi ləğv olunan Yusuf Dəmir Kataloniya təmsilçisindən ayrılıb.