Daha bir əfsanə "Barselona"ya qayıdır

"Barselona" klubu sabiq futbolçusu Dekunu idman direktoru təyin edəcək.

Sportline.az xəbər verir ki, bu haqda italiyalı məhşur idman yazarı Fabrisio Romano məlumat yayıb.

Mənbə məsələnin həll olunduğunu və tezliklə bu haqda ictimaiyyətə xəbər veriləcəyini bildirir.

Qeyd edək ki, klub rəhbərliyi bir müddət öncə hazırkı idman direktoru Mateu Alemani ilə yolların ayrılacağını açıqlamışdı.