Daha bir futbolçu "Fənərbağça"dan getdi

"Fənərbağça" daha bir futbolçusu ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, mövsümün əvvəlində "Svonsi Siti"dən icarə əsasında "sarı-lacivərdlilər"ə gələn Andre Ayu komandadan ayrılıb.

Qeyd edək ki, "Fənərbağça"nın heyətində 38 oyuna çıxan qanalı futbolçu 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bunadək Matyü Valbuena və Roman Noyştader də komandadan ayrılmışdı.