Daha bir hakimimiz Tokio olimpiadasında

Azərbaycanın daha bir hakimi Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyacaq. 

Sportline.az xəbər verir ki, karate idman növünün ardınca güləşdə də referimizin olacağı dəqiqləşib. 

Dünya Güləş Birliyi (UWW) Olimpiadada ədaləti qoruyacaq hakimlərin siyahısına l-S kateqoriyalı Asif Şirəliyevi də daxil edib. 

Onadək isə oyunların karate yarışlarında Cahangir Babayevin referi olacağı rəsmiləşmişdi.