Daha bir ulduz "Barselona"da
"Barselona" "Atletik" Bilbaonun futbolçusu İniqo Martinesin keçidini həll edib.
Sportline.az "Estadio Deportivo"ya istinadla xəbər verir ki, İspaniya millisnin üzvü bu yay Barselonaya köçəcək.
31 yaşlı müdafiəçinin kataloniyalılarla müqaviləyə imza atdığı bildirilir.
Qeyd edək ki, futbolçunun "Atletik"lə müqaviləsinin müddəti bu yay bitir.