Daha bir ulduz Madridi tərk edir
Kərim Benzemanın ardınca Luka Modriç də “Real”ın tərk edəcəyini bildirib.
Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, Benzemanın gedişindən sonra xorvatiyalı futbolçu da komandadan ayrılmaq istəyindədir.
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu xorvatiyalı yarımmüdafiəçi üçün “Real Madrid”ə 120 milyon avro təklif edib.
Qeyd edək ki, Modriçin “Kral” klubu ilə müqaviləsi bu yay başa çatır.