Dani Alveş məhkəmə qarşısına çıxıb
"Barselona"nın sabiq futbolçusu Dani Alveş zorlama ittihamı ilə məhkəmə qarşısına çıxıb.
Sportline.az xəbər verir ki, prosesdə 28 şahidin dinlənilməsi gözlənilir.
Bu haqda "Relevo" məlumat yayıb.
Əvvəl yayılan xəbərlərdə prokurorun Daninin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istədiyi bildirilirdi.
Bununla yanaşı braziliyalı ulduzun 150 min avro məbləğində cərimələnməsi də tələb olunur.
Qeyd edək ki, yanvar ayında 23 yaşlı qız Daninin onu zorladığı ilə bağlı şikayət etmişdi.
Hadisənin Barselonadakı "Satton" gecə klubunda baş verdiyi bildirilir.
Dani yanvarın 20-dən təcridxanada saxlanılır.