Daniel Quisa daha bir il komandada qalır

İspaniyanın 3-cü liqa təmsilçisi "Atletiko Sanlukeno" hücumçusu Daniel Quisanın müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, 39 yaşlı futbolçu daha 1 mövsüm aşağı liqa klubunda çıxış edəcək.

İspaniya millisinin keçmiş üzvü bu mövsüm 21 oyunda qolla yadda qalmayıb. Təcrübəli hücumçu 2017-ci ildən 3-cü liqa klubunda oynayır.