DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin növbəti oyunları keçiriləcək

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün baş tutacaq.

Sportline.az xəbər verir ki, G, H, K qruplarında ümumilikdə altı matç gerçəkləşəcək.

G qrupunun favoriti olan Niderland millisi Finlandiya komandasının qonağı olacaq.

K qrupunda yer alan İngiltərə isə səfərdə Andorranı sınağa çəkəcək.

DÇ-2026, seçmə mərhələ

III tur

G qrupu

20:00. Malta - Litva
22:45. Finlandiya - Niderland

Xal durumu: Polşa - 6 (2 oyuna), Finlandiya - 4 (2), Litva - 1 (2), Niderland - 0 (0), Malta - 0 (2).

H qrupu

17:00. Bosniya və Herseqovina - San Marino
22:45. Avstriya - Rumıniya

Xal durumu: Bosniya və Herseqovina - 6 (2), Rumıniya - 3 (2), Kipr - 3 (2), Avstriya - 0 (0), San Marino - 0 (2).

K qrupu

20:00. Andorra - İngiltərə
22:45. Albaniya - Serbiya

Xal durumu: İngiltərə - 6 (2), Albaniya - 3 (2), Latviya - 3 (2), Serbiya - 0 (0), Andorra - 0 (2).