DÇ: Güləşçimiz finalda erməni ilə qarşılaşacaq
Abaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov Fransa təmsilçisi Qagik Snjoyanı məğlubiyyətə uğradaraq finala yüksəlib. O, sabah qızıl medal uğrunda görüşdə Ermənistan güləşçisi Sahak Hovnannisyanla üz-üzə gələcək.
60 kq-da yarışan Nihat Məmmədli isə finala gedən yolda Dinislam Bammatovun (Rusiya) müqavimətini qıra bilməyib. Gənc pəhləvan bürünc medal uğrunda görüşdə Əhməd Baqduda (Misir)/Şerməhəmməd Şaribcanov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.
Xasay Həsənli (72 kq) isə rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Andrey Kavalevski (Belarus) olacaq.