De Brüyne "Napoli" klubuna transfer olundu
Belçika millisinin futbolçusu Kevin De Brüyne karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, De Brüyne "Napoli" klubu ilə anlaşıb.
33 yaşlı yarımmüdafiəçi İtaliya klubuna azad agent kimi transfer olacaq.
Qeyd edək ki, Kevin De Brüyne karyerası ərzində "Gent", "Genk", "Çelsi", "Verder Bremen", "Volfsburq" və "Mançester Siti" kimi klublarda çıxış edib.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 6 qol 8 məhsuldar ötürmə müəllifi olub.