De Brüynenin yeni klubu bilindi
"Mançester Siti"dən ayrılan Kevin De Bruynenin “Napoli”yə transferi gündəmdədir.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, belçikalı futbolçunun nümayəndələri yaxın saatlarda Neapola çatacaq və tərəflər üçillik müqavilənin detalları üzərində son müzakirələri aparacaqlar.
“Napoli” rəhbərliyi növbəti 48 saat ərzində bu böyük transferin rəsmiləşəcəyinə ümid edir.
Razılıq əldə olunarsa, bu yay transfer dövrünün ən çox danışılan keçidlərindən biri olacaq.