De Brüyneyə 2 klubdan təklif var

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüynenin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, K.De Brüyneni  "Napoli" və MLS-in "Çikaqo Fayr" klubları transfer etmək istəyir.

33 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

Qeyd edək ki, Kevin De Brüyne bu mövsüm çıxış etdiyi 39 matçda 6 qol 8 asist müəllifi olub.

Onun hazırkı dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.