Deku "Mançester Siti"nin oyunçusunu "Barselona"da görmək istəyir
“Barselona”nın idman direktoru Deku “Mançester Siti”nin və İngiltərə millisinin yarımmüdafiəçisi Kalvin Filipsin keçidində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu barədə "Football Espana" saytı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, portugaliyalı funksioner Filipsin komandaya lazımlıl futbolçu olduğuna əmindir.
Deku ”Lids Yunayted”dən bəri onun çıxışını izlədiyindən oyunçunun güclü cəhətlərinə bələddir.
Filips “Mançester Siti”yə 2022-ci ilin yayında 49 milyon avro qarşılığında qoşulub.
"Şəhərlilər"in heyətində bu mövsüm 10 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçinin aktivində 1 qol var.
Transfermarkt internet portalında Filipsin transfer dəyəri 28 milyon avrodur.