Deku yenidən "Barselona"da

Ötən illərin məşhur futbolçusu Deku "Barselona"nın idman direktoru təyin olunub.

Sportline.az klubun rəqsmi saytına istinadla xəbər verir ki, o, kataloniyalılarla 3 mövsümlük müqavilə bağlayıb.

Xatırladaq ki, portuqaliyalı ulduz 2004-2008-ci illərdə "Barselona"nın şərəfini qoruyub. 

Bu illər ərzində iki dəfə İspaniya çempionu adını qazanan Deku, Çempionlar Liqasının da qalibi olub.