Delap Mançesterin qırmızı tərəfini seçdi

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap klubdan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Sportline.az "The Athletic FC" nəşrinə istinadən xəbər verir ki, L.Delap "Mançester Yunayted"ə transfer olmaq istəyir.

22 yaşlı forvardın meneceri Mançester klubu ilə görüşmələrə başlayıb.

Qeyd edək ki, Delap "Mançester Siti"nin transfer təklifini qəbul etməyib.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 12 qol 2 asistlə yadda qalıb.