Dəniz Yılmazın vurduğu qol

Azərbaycan millisinin üzvü - Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" növbəti mövsümə hazırlıqlarını davam etdirir.

SportLine.az xəbər verir ki, "timsahlar" yoldaşlıq görüşü çərçivəsində Türkiyə ikinci liqa təmsilçisi "Keçiörengücü” ilə qarşılaşıb. Matç Bursa klubunun qələbəsi ilə yekunlaşıb - 4:0.

D.Yılmaz meydana start heyətində daxil olub və bir qol, bir məhsuldar ötürmə komandasının qələbəsinə töhfə verib.