Depay Niderland millisinin tarixinə düşüb

Memfis Depay Niderland millisinin yeni rekordçusu oldu.

Sportline.az xəbər verir ki, Niderland millisinin hücumçusu Memfis Depay Malta ilə keçirilən dünya çempionatının seçmə oyununda 2 qol vuraraq, millinin tarixində ən çox qol vuran oyunçu olub.

Bu qollarla Depay əvvəlki rekordçu Robin van Persinin 50 qolunu geridə qoyaraq 51-ci qolunu vurdu. Depay 102-ci milli oyununda bu nailiyyətə imza atıb.