Derbi öncəsi "Qalatasaray"da vəziyyət

“Qalatasaray” Türkiyə Super Liqasının 9-cu turunda qarşılaşacağı “Beşiktaş”la derbinin hazırlığını davam etdirir.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.

Radamel Falkao və Sofian Fequli hələ də komandadan ayrı hazırlıq keçir. Fərdi məşq edən hər iki futbolçunun qarşıdakı oyunda iştirakı çətin görünür.

Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” görüşü oktyabrın 27-də keçiriləcək.