Didye Deşam məğlubiyyətdən narazıdır

“Bütün komanda bu cür səviyyədə oyun göstərirsə, müsbət nəticə qazanmaq mümkün deyil.  Türkiyə keyfiyyətli oyunu ilə qələbə qazandı”.

Sportline.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2020-nin seçmə mərhələsində Türkiyəyə uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında  deyib.

O, dünya çempionuna yaraşmayan oyun nümayiş etdirdiklərini və bu məğlubiyyətin onları ayıltmalı olduğunu bildirib: “Dünya çempionu olub-olmamağından asılı olmayaraq hər zaman yüksək səviyyəli oyun nümayiş etdirməlisən. Əks halda cəzalanacaqsan. Bu məğlubiyyət bizim üçün bir sillə idi. Deməyə başqa sözüm yoxdur. Türkiyə millisini təbrik edirəm. Özümüzə gəlməliyik”.