Dieqo Simeone ilə bağlı qərar verildi
"Atletiko" rəhbərliyi Dieqo Simeone ilə bağlı qərar qəbul edib.
Sportline.az El Chiringuito nəşrinə istinadla xəbər verir ki, madridlilər argentinalı mütəxəssislə müqavilənin müddətini uzatmaq qərarına gəliblər.
Yeni anlaşma əməkdaşlığın daha iki il uzadılmasını özündə əks etdirəcək.
Qeyd edək ki, 2011-ci ildən "Atletiko"nu çalışdıran Simeone iki dəfə İspaniya çempionu adını və Superkubokunu qazanıb.
Bununla yanaşı "Atletiko" onun rəhbərliyi altında iki dəfə Çempionlar Liqasının da qalibi olub.