Dominik Soboslayi İspaniya nəhənginin hədəfindədir
İspaniya nəhəngi “Barselona” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Kataloniya təmsilçisi Dominik Soboslay ilə yaxından maraqlanır.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi Dominik Soboslayın transferini diqqətlə izləyir və futbolçunun mümkün keçid variantlarını dəyərləndirir.
Hazırda “Liverpul” forması geyinən macar yarımmüdafiəçi klubun maraq dairəsində olan əsas adlardan biri hesab olunur.
Qeyd edək ki, Dominik Soboslay Mersisayd təmsilçisinin heyətində ötən mövsüm çıxdığı 53 matçda 13 qol 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun hazırki müqaviləsi 2028 -ci ilə qədər nəzərdə tutulub.