Donnaruma PSJ-dən ayrılır?

"Paris Sen-Jermen"in italiyalı qapıçısı Caluici Donnaruma üçün Avropa nəhəngləri transfer yarışına girib.

Sportline.az jurnalist Alfredo Pedullanın məlumatına istinadən xəbər verir ki, "İnter", "Bavariya", "Mançester Siti" və "Yuventus" Donnarumanu transfer etmək istəyən klubların siyahısında yer alır.

26 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Donnaruma bu mövsüm çıxış etdiyi 38 matçda qapısında 38 top görüb.

Onun PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Donnaruma 2021-ci ilin yayında "Milan"dan "Paris Sen-Jermen"ə azad agent kimi transfer olmuşdu.