"Dortmund"dan yeni transfer həmləsi

"Frayburq"un yaponiyalı futbolçusu Ritsu Doan "Borussiya Dortmund"un transfer hədəfindədir.

Sportline.az "Sky Sports De"yə istinadən xəbər verir ki, "Dortmund" bu keçid üçün qarşı tərəfə 20 milyon avro təklif edib.

26 yaşlı vingerin "Frayburq"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ritsu Doan bu mövsüm çıxış etdiyi 35 matçda 9 qol 9 məhsuldar ötürmə müəllifi olub.