Dünya çempionatı: 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasında Bosniya və Herseqovina ilə Tailand komandaları üz-üzə gəlib.
Qarşılaşma Bosniya və Herseqovina millisinin qələbəsi ilə başa çatıb - 3:1.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.