Dünya çempionatı: Yunan-Roma güləşçilərimizin ilk rəqibləri müəyyənləşib

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürəcək.

Sportline.az xəbər verir ki, ilk olaraq, yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Azərbaycan 7 çəki dərəcəsində təmsil olunacaq. Bu gün atılan püşk nəticəsində onların ilk rəqibləri müəyyənləşib:

55 kq
1/8 final: Nihad Quluzadə - İxtiyar Botirov (Özbəkistan) / Poya Dad Marz (İran)

63 kq
1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova)

67 kq
1/16 final: Həsrət Cəfərov - Dieqo Martines (Meksika)

72 kq
1/16 final: Ülvü Qənizadə - Liqilik Satimkul (Qırğızıstan)

77 kq
1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan)

87 kq
1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya)

130 kq
1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili).