Dünya çempionatı: Son 3 güləşçimiz mübarizəyə qoşulur
Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Sportline.az xəbər verir ki, yarışın 8-ci günündə Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qüvvəsini sınayacaq.
63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.
67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.
87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.
63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)
67 kq
Təsnifat: Həsrət Cəfərov - Peyton Omanya (ABŞ)
87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)
Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
60 kq
Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.