Dünya çempionu İslamı qəbul etdi

2 çəki dərəcəsi üzrə dünya çempionu Cervonta Devis İslam dinini qəbul edib.

Sportline.az xəbər verir ki, məğlubedilməz boksçu ömrünün qalan hissəsini müsəlman kimi yaşamaq qərarına gəlib.

Bu haqda sabiq dünya çempionu Badu Cek sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, 28 yaşlı Devis peşəkar rinqdə ilk döyüşünü 2013-cü ildə keçirib.

İlk çempion kəmərinə isə 2017-ci ilin yanvarında sahib çıxıb.

Ümumilikdə isə o, keçirdiyi 29 döyüşün 27-si nokautla olmaqla hamısında qələbə çalıb.