Dünya çempionu "Survivor" yarışının qalibi oldu
Dünyanın ən çətin yarışlarından hesab edilən "Survivor"ın növbəti mövsümü başa çatıb.
Sportline.az xəbər verir ki, ölkəmizdə də kifayət qədər sevilən Acun Ilıcalının apardığı bu yarışın qalibi yağlı güləş üzrə dünya və Avropa çempionu İsmayıl Balaban olub.
34 yaşlı idmançı finalda Yiğit Poyraza qalib gəlib.