Dünya çempionumuza ağır itki
Beşqat dünya çempionu, “Xocalı İdman Klubu”nun prezidenti, əməkdar idman ustası və əməkdar məşqçi Ehram Məcidova ağır itki üz verib.
Sportline.az xəbər verir ki, tanınmış idman xadiminin atası Xudu Məcidov uzun sürən xəstəlikdən sonra aprelin 29-da dünyasını dəyişib. Aprelin 30-da rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri, müxtəlif təşkilatlardan olan şəxslər, qohumların iştirakı ilə İsmətli Kənd qəbirstanlığında dəfn edilib.
Bununla bağlı sosial şəbəkələrdə Ehram Məcidovun dostları, idman xadimləri, tələbələri məlumat yayıblar və onun kədərinə şərik olublar.
Qeyd edək ki, Xudu Məcidov Saraslan oğlu 8 Avqust 1947-ci il Biləsuvar rayon İsmətli kəndində anadan olub. O, son illər Günəşli Kənd Ağsaqqallar Şurasının sədri olub.
Allah rəhmət etsin!