Dünya rekordçusu vəfat edib
Yüngül Atletika üzrə dünya çempionu Kelvin Kiptum vəfat edib.
Sportline.az xəbər verir ki, qaçış üzrə atletika rekordçusu keniyalı Kelvin Kiptum avtoqəza nəticəsində həyatını itirib.Keniyada qeydə alınan qəzada idmançının məşqçisi də faciəvi şəkildə həlak olub.
Kelvin Kiptum marafonu 2 saat 1 dəqiqədən az müddətə qaçan ilk atlet kimi tarixə düşüb.İdmançının bu uğuru ötən həftə Beynaxalq Atletika Federasiyası tərəfindən də təstiqlənib.
Qeyd edək ki, Kiptum keçən il dünyanın ən nüfuzlu marafonlarından olan Londonu 1-ci sırada bitirmişdi.