Dünyanın ən uğurlu video-oyunu

Dünyanın ən populyar pullu oyunu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Minecraft" oyunudur.

Oyunun tərtibatçıları 300 milyondan çox nüsxə satdıqlarını bildiriblər. Bu da 185 milyon nüsxə satılan "GTA 5"i geridə qoyub.

Təkcə 2021-ci ildən bəri "Minecraft" video-oyunu 60 milyon istifadəçi tərəfindən alınıb.