Dünyanın ən yaxşı futbolçusu üçün vida matçı olacaq
"Barselona" klubu "Spotify Kamp Nou" arenasının yenidənqurulması bitdikdən sonra Messi üçün vida matçı keçirəcək.
Sportline.az xəbər verir ki, bu haqda Mundo Deportivo nəşri məlumat yayıb.
Mənbə bildiri ki, klub rəhbərliyini bu addımı atmağa sövq edən amillərdən biri Leonun "Qızıl top" mərasimindəki çıxışıdır.
Messinin Kataloniya klubunun azarkeşləri ilə başqa şəkildə vidalaşmaq istəyirdim deməsi "Barsa" rəhbərliyində bi ideyanı yaradıb.
Vida matçının noyabrda təşkil olunacağı gözlənilir.