Dzeko İtaliyaya qayıdır
"Fənərbağça"nın bosniyalı futbolçusu Edin Ceko karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Tutto Mercato Web" nəşrinə istinadən xəbər verir ki, "Roma" və "Fiorentina" Dzekonu transfer etmək niyyətindədir.
39 yaşlı forvardın "Fənərbağça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Edin Ceko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 20 qol 8 asistlə yadda qalıb.
Onun hazırkı dəyəri "Transfermarkt" portatına görə, 2 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, E.Ceko 2016-2021-ci illər ərzində "Roma" klubunda çıxış edib.