Eden Hazard: "Real"da özümü çox xoşbəxt hiss edirəm"

"Real"ın futbolçusu Eden Hazard Madrid təmsilçisindən ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında "kral klubu"nda oynamaqdan məmnun olduğunu deyib:

"Real"da özümü xoşbəxt hiss etmədiyim doğru deyil. Klubda çox xoşbəxtəm. Artıq bilirsiniz ki, futbolçu oynayanda və qol vuranda sevincli olur. İndiyədək o qədər də meydana çıxmırdım və tez -tez qol vurmurdum. Amma bu, kluba olan sevgimə təsir etmir".

Qeyd edək ki, Hazard 2019-cu ildən "Real"da çıxış edir.