"Mançester Yunayted" Edersonla razılıq əldə etdi
"Atalanta"nın futbolçusu Ederson yayda "Mançester Yunayted"ə keçəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
26 yaşlı oyunçu "qırmızı şeytanlar"la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Ederson cari mövsüm meydana çıxdığı 41 matçda 3 qol, 2 asistlə yadda qalıb.