Edersonun "Mançester Siti"dən ayrılmaq ehtimalı yüksəkdir
"Mançester Siti" brazilyalı qapıçısı Edersonla yollarını ayırmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
31 yaşlı kiperin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Ederson bu mövsüm çıxış etdiyi 35 matçda qapısında 47 top görüb.