Efirdə Mbappeni təqlid edərkən şalvarı cırıldı
“Mançester Siti”nin sabiq futbolçusu Micah Riçards Kilian Mbappenin qol sevincini təkrarlamağa cəhd edərkən xoşagəlməz vəziyyətə düşüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu Mbappenin qol sevincinin eynisini etməyə çalışarkən şalvarı cırılıb.
Hadisə UEFA-nın rəsmi yutub səhifəsindəki efir zamanı baş verib.
Qeyd edək ki, “Liverpul”un keçmiş futbolçusu Cimmi Karrager sosial şəbəkəsində videonu paylaşaraq Riçardsı ələ salıb.