"Əl-Hilal" gözünü nigeryalı forvarda dikib
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen karyerasını Səudiyyə Ərəbəsitanı çempionatında davam etdirə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Əl-Hilal" V.Osimhen üçün "Napoli" ilə danışıqlara başlayıb.
26 yaşlı hücumçu ilə İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klublarıda yaxından maraqlanır.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 40 matçda 36 qol 8 asistlə yadda qalıb.
Onun "Napoli" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, İtaliya klubunun rəhbərliyi Osimhen üçün 70 milyon avro tələb edir.
Təcrübəli futbolçu "Napoli"yə 2020-ci ilin sentyabr ayında "Lill"dən 78.9 milyon avro qarşılığında transfer olmuşdu.